Sənət aləminin tanınmış simaları toy qiymətləri ilə bağlı ötən gün mətbuatda yayılan xəbərə etiraz edib.
Axşam.az-ın məlumatına görə, müğənnilər “Xəzər xəbər”ə açıqlama verərək, Yeni ildən toy qiymətlərini qaldırmadıqlarını bildiriblər.
Əməkdar artist Abbas Bağırov toya 13 min manata yox, daha ucuz qiymətə getdiyini bildirib. O, hətta el şənliklərinə getmədiyini, yaradıcılıq işləri ilə məşğul olduğunu deyib.
Müğənni Ceyhun Əliyev toya 4 min manata getmədiyini söyləyib:
“Mən toya “Qala” qrupu ilə birlikdə gedirəm. Bunun üçün isə 4 min yox, 4500 manat alıram. Bəzi insanlar olur ki, məbləği aşağı istəyirlər. Onda təklif edirəm ki, özüm qrupsuz, xanım ifaçı ilə birlikdə gəlim. Bu qiymətə bütöv toy aparıram”.
Müğənni Ayaz Qasımov toy qiymətində dəyişiklik etmədiyini bildirib. O, bir toya 6 min manata getməsi xəbərinin yalan olduğunu vurğulayıb.
Müğənni Emil Bədəlov isə toya 3 min manata gedib-getmədyini deməyib. Sənətçi onu da vurğulayıb ki, yeni ildə toy qiymətində heç bir dəyişiklik etməyib.
Müğənni Rüfət Axundov isə toya daha ucuz qiymətə getdiyini deyib:
“Qiyməti nə çoxaldıb, nə də azaltmışam. Bir qiymət deyirəm, müştəri endirim istəyəndə edirəm. Saytlarda toy qiymətimlə bağlı yazılan məbləğ yalandır. Əvvəl toy qiymətini dollarla deyirdik. Sonra manatla dedik, indi də dəyişməyib”.
Qeyd edək ki, ötən gün ifaçıların 2016-cı ildəki toy qiymətlərinin siyahısını atv.az təqdim etmişdi:
Abbas Bağırov – 13 000 Brilliant Dadaşova – 12 000 Ramal İsrafilov – 10 000 Nadir Qafarzadə - 10 000 Elton – 10 000 Xumar Qədimova – 9 000 Samir Piriyev - 9 000 Xatirə İslam – 8 000 Vasif Məhərrəmli - 8 000 Mətanət İsgəndərli – 8 000 Günay İbrahimli - 7 000 Ağadadaş Ağayev - 7 000 Rəqsanə İsmayılova – 7 000 Xəyyam Nisanov – 7 000 Könül Kərimova – 7 000 Zamiq Hüseynov – 7 000 Könül Xasıyeva - 7 000 Nüşabə Ələsgərli – 7 000 Eyyub Yaqubov – 7 000 Mətanət Əsədova - 7 000 Nazənin - 6 000 Elçin Cəfərov – 6 000 Ayaz Qasımov – 6 000 Manaf Ağayev – 5 000 Əflatun Qubadov – 5 000 Bahar Lətifqızı - 4 500 İzzət Bağırov – 4 500 "Qala" qrupu - 4 000 “Şeron” qrupu (Ülvü) – 4 000 Nazim Faytonçu - 4 000 Elvin Abdullayev - 3 000 Emil Bədəlov - 3 000 Mənsurə Musayeva – 4 000 Səməd Səmədov – 3 000 Əlikram Bayramov – 3 000 Rüfət Axundov - 3 000 Əbdül Xalid - 3 000 Elariz – 2 500 Cavanşir Məmmədov - 2 500
Geri qayıt
|