Əsas Səhifə > Mənəviyyat > “Telekanalların İŞİ çalıb-oynamaq və
“Telekanalların İŞİ çalıb-oynamaq və9-03-2016, 14:15 |
Murad Dadaşov: “Ermənilər telekanallarımıza baxsa, bizə gülər”Şoumen Murad Dadaşov yerli telekanalları tənqid edib.Murad Dadaşov bildirib ki, televiziyaların durumu ürəkaçan deyil: “Yeni layihə üzərində işləyirəm. Məni imic qurbanıyam, gördüyüm iş daha yaxşı olmalıdır. Hazırda televiziyaların durumu məni qane etmir, günü-gündən tamaşaçı itirirlər. Efirdə olan verilişlərin səviyyəsi aşağıdır. Hazırda ancaq televiziya vurğunları qalıb, qalanları sönüb. Elə insanlar var ki, ev alıb, amma televizoru yoxdur. Deyir ki, televiziyaya baxmır. Televiziyada yeni simalar da yoxdur. Tamaşaçı olaraq biz televiziyanın inkişaf etməsini istəyirik. Biz buna layiq deyilik. Azərbaycanın iqtisadi vəziyyəti, cəmiyyətimiz, savadımız televiziyanın indiki halına layiq deyil. Biz televiziyaya münasibətimizi dəyişməliyik. Televiziyadakı mövcud iqtisadi vəziyyəti müasirləşdirməliyik. Televiziyanı anlayanlar az olduğu üçün telekanal rəhbərləri dəyişiklik edə bilmirlər. Bizim televiziyamıza düşmənlərimiz də baxır. Aşağı səviyyəli veriliş və klipləri efirə verməkdənsə, onları bağlamaq mümkün deyilmi? Ermənilər telekanalımıza baxsa, bizə gülər. Bəxtimiz gətirib ki, düşmənilərimizin səviyyəsi aşağıdır. Televiziya ölkəmizi düzgün təqdim etmir. Telekanallara baxanda dəhşətə gəlirəm, onların işi çalıb-oynama və yemək bişirməkdən ibarətdir”. Geri qayıt |