Əsas Səhifə > Mənəviyyat, Slayd > RUZİ QAZANMAQ istəyənlər
RUZİ QAZANMAQ istəyənlər13-03-2016, 11:19 |
Həzrət Peyğəmbər (s) buyurur: "İki sifət vardır ki, mömində cəm olmaz: simiclik və ruziyə qarşı bədgüman olmaq". Hədisin şərhi. Həzrət (s) buyurur ki, simiclik elə bir rəzil sifətdir ki, mömində olmamalıdır. Mənası budur ki, bir müsəlman o yerdə ki, dinimiz və ağıl buyurur - Allahın ona verdiyi nemətlərdən istifadə etməlidir. Simiclik bir şeydir, israf başqa bir şeydir. Simiclik odur ki, insanın şəri cəhətdən bu maldan istifadə etməyə icazəsi vardır, ancaq onu xərcləmək istəmir, . "AzerTaym.az" deyerler.org-a istinadən bildirir ki, israf isə odur ki, insan malik olduğu malı yersiz yerə və ya həddən artıq çox istifadə edir, ya da xərcləyir. Yəni, Allahın verdiyi neməti hədər edir. İnsan gərək ağzından çıxan hər sözə, beynindən keçən hər fikrə diqqət etsin. Əgər Allaha sui-zənn etsə, o, necə Allahpərəst ola bilər? Bunu yaxşı bil ki, əgər ağzından çıxanlara diqqət etməsən, Allah sənin qarşına yenə bir düyün çıxardar və işlərin daha da çətinə düşər. Allah Təala - Rəzzaqdır və Öz hikmətinə uyğun olaraq insanların ruzisini bölər. Əgər sən Ona qarşı bədgüman olsan, bu, sənin özünə ziyan vuracaqdır, amma ruzin artmayacaqdır. Başqa bir tərəfdən isə imanın sarsılar və yeni bəlaların gəlməsinə səbəb olar. Geri qayıt |