Əsas Səhifə > Müsahibə > EKS-NAZİR: “Nəyin bahasına olursa olsun,
EKS-NAZİR: “Nəyin bahasına olursa olsun,31-08-2018, 10:29 |
Eks-maliyyə naziri Əvəz Ələkbərov Modern.az-a müsahibə verib. - Əvəz müəllim, dünyada iqtisadi, siyasi proseslər davam etməkdədir. Təbii, dünyadakı proseslər ölkələrə də təsirsiz ötüşmür. Baş verən proseslərə sizin münasibətinizi bilmək maraqlı olardı. - Bəli, bizdən və ölkəmizdən asılı olmayan səbəblər üzündən dünyada çox ağır siyasi və iqtisadi təlaşlar, sarsıntılar, hərbi üstünlük uğrunda mübarizələr baş verir. Çox açıq demək lazımdır ki, Azərbaycan Respublikasının dövlət siyasəti olduqca düşünülmüş, balanslaşdırılmış ölkəmizin imicini qoruyan, vətəndaşlarımızın mənafeyini müdafiə edən istiqamətə köklənir. Azərbaycan bütün dünya dövlətləri ilə əməkdaşlıq edir və ölkənin marağı ön plandadır. Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin Azərbaycana son səfərini və aparılan danışıqları yüksək dəyərləndirirəm. Biz həm imicimizi artırırıq, həm də iqtisadi sahədə nailiyyətlərimizi yüksəltmək əzmindəyik. - Rusiya və Türkiyədə milli valyutanın ABŞ dollarına və avroya nisbətən qiymətdən düşməsi fonunda ölkəmizdə bu işlərin aparılması üşün hansı tədbirlər görülür. Mütəxəssis kimi fikrinizi bilmək istərdik? - Bizim üçün həm Rusiya, həm də Türkiyə strateji və iqtisadi baxımından çox vacib ölkələrdir. Orada gedən proseslər bizim ölkəmiz üçün maraqlı, həm də istəsək də, istəməsək də onlarda baş verən iqtisadi və digər proseslər bizə az da olsa təsirini göstərir. Həmin ölkələrlə bizim iqtisadi işlərimiz var və orada çoxlu azərbaycanlılar da yaşayırlar. Həmin ölkələrdə müvafiq işlər görülür. Azərbaycanda son gedən proseslər dəqiq təhlil olunmalı, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi Strateji Yol Xəritələrinin icrasına tam əməl edilməli, qeyri-neft sektorunun inkişafına bir daha diqqət artırılmalı, ölkədən çıxan valyutaların mümkün qədər minimuma endirilməsinə nail olunmalı, nəyin bahasına olur olsun makro-iqtisadi sabitliyi qorumaq vacibdir. Bu hökümətdən və bütün vətəndaşlarımızdan asılıdır. Vergi ödəmə və kredit mədəniyyətimiz məsuliyyətli şəkildə artmalıdır. - Siz həm də təhsil sahəsində çalışırsınız. Yaxın günlərdə yeni tədris ili başlayır. Gözləntiləriniz nədir? - Universitetdəki fəaliyyətiniz sizi qane edirmi? - Yay istirahətindən qayıtmısınız. Dincələ bildinizmi? İstirahət vaxtınızdan səmərəli istifadə etdinizmi? - Hər il olduğu kimi, xaricdə müalicə xarakterli istirahət etmişəm. Bədii ədəbiyyat oxumuşam, bilyard oynamışam, çoxlu musiqilərə qulaq asmışam və ailə üzvlərimə daha artıq diqqət göstərmişəm. Həmişə formada olmaq üçün həm idman etmək və dincəlmək vacibdir. Çox sevdiyim xalq yazıçısı Çingiz Abdullayevin 65 romanından bir-neçəsini oxumamışdım, ona vaxt tapdım. Şair Ramiz Rövşənin yazdığı şerlərə göz gəzdirdim, doyunca dunya və azərbaycan musiqilərinə qulaq asdım. Dünya şöhrətli müğənnilər İbrahim Tatlısəs, Hadisə, Anne Lorak, bizim müğənnilərdən Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülüstan Əliyeva, cavan müğənnilərdən isə Günay İbrahimli, Mütəllim Mütəllimov və nəhayət Damlanın mahnılarını dinləmişəm. - Yeri gəlmişkən cavan müğənnilərin ünvanına mətbuatda iradlar səslənir. Sizin ona münasibətiniz? Geri qayıt |