Əsas Səhifə > Müsahibə > "MASAJ salonu "CƏNNƏT"dirsə, orada XİDMƏT göstərənlər də yəqin,
"MASAJ salonu "CƏNNƏT"dirsə, orada XİDMƏT göstərənlər də yəqin,24-03-2016, 10:45 |
Millət vəkili Fazil Mustafa Facebook səhifəsində müxtəlif ictimai-iaşə müəssisələrinə, əyləncə yerlərinə qoyulan uyğunsuz adlar haqqında yazıb
Bəlkə də var, ancaq hər halda bizdəki qədər populyar deyil, şəxsən mən bu adda bir ictimai iaşə obyektinə rast gəlməmişəm. İndi də bizim şair özünü əziyyətə salmadan xoşuna gələn çölü, düzü dərhal kəsə yolla Cənnətə bərabərləşdirir. Biri də götürüb sabah yazacaq ki, Kürdəmirin, Zərdabın şoranlaşmış torpaqlarındakı duz qatı elə Cənnətin duzudur. Forma, yəni qafiyə düzəlsin, mənanın nə olması artıq dinləyicinin problemi sayılır. Bunlar əslində Cənnət-Cəhənnəm motivli anektod, məsxərə mətnlərinin zəngin olduğu bir məkanda adi hal kimi də qarşılana bilər. Mən hər halda bunu cəmiyyətimizin ciddiyyyətsizliyinin, Allah-insan münasibətlərinə lağlağı ilə yanaşmasının bir göstəricisi kimi baxıram. Elə bunları düşünərkən işıqforda dayandığım vaxt maşınımın azca açıq qalmış pəncərəsindən bir kağız parçasını azyaşlı bir qız uşağı içəri göndərdi; hələ yaşıl işığa 25 saniyə qaldığını nəzərə alaraq bu reklam kağızına göz gəzdirdim. Yazılmışdı: "Cənnət" masaj salonu sizə aşağıdakı xidmətləri təklif edir...Bir, iki və sairə. Düşündüm ki, salonun adı Cənnətdirsə, o zaman xidmət göstərənlərə də avtomatik olaraq Mələklər deyirlər... Geri qayıt |