“Bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblər var” – NAZİR

natiq eliyev

“BMT-nin statistikası göstərir ki, dünyada neft hasilatı artmaqda davam edir və bu tendensiya 2040-cı illərə qədər davam edəcək”. 

“Report” xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan SOCAR: “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, Xəzər regionu Çin, Asiya, Qərb və digər regionlar arasında əhəmiyyətli körpü rolunu oynayır: “Hər il neft təklifi tələbdən təxminən 1,5 mlrd. barel artıq olur. Lakin qiymətlərin ucuzlaşmasının əsas səbəbi hamının bildiyi, amma bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblərlə bağlıdır. Ölkələr bazarda öz paylarını itirməmək üçün hasilatı azaltmaqdan imtina etdilər”.
Nazir Krım hadisələrinin Avropanın qaz təchizatına mənfi təsir etdiyini də deyib: “Məlum hadisələr nəticəsində Rusiyanın Ukraynaya qaz verməməsi 6 Avropa ölkəsinin qazsız qalmasına səbəb olub. BMT-nin göstəricilərinə görə, Xəzər və Orta Asiya regionu çox geniş ölkələrin tələbatını təmin edə bilər. “Şahdəniz”, “Kaşaqan” (Qazaxıstan – red.) və “Cənubi Yoloten” (Türkmənistan – red.) yataqları Xəzər regionunu çox qeyri-adi regiona çevirir”.

AzerTaym.az






Fikirlər