Lavrovla Çavuşoğlu Suriya münaqişəsini müzakirə ETDİLƏR

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Astanada davam edən Suriya danışıqlar prosesini müzakirə edib.

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən bildirir.

Qeyd edək ki, Suriya münaqişəsi ilə bağlı danışıqlar ötən gün başlayıb. Prosesdə Suriyanın hökumət və müxalifət nümayəndələri, Rusiya, Türkiyə və İran rəsmiləri, eləcə də BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura iştirak edirlər.

 






Fikirlər