Ərdoğan: Son TERRORÇU məhv EDİLƏNƏ QƏDƏR...

Türkiyə daxildə və xaricdə çox çətin olan bir mübarizə aparır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“Hələ dünən İraqın şimalında terrorçulara qarşı əməliyyatlarda 2 şəhid vermişik. Terror təşkilatını sərhədlərimizin hər iki tərəfində də rahat buraxmırıq, buraxmayacağıq. Əməliyyatlar fasiləsiz olaraq davam edir. Həmin bölgələr qarla örtülüb, sərt qış keçir, ancaq silahlı qüvvələrimiz, polisimiz, təhlükəsizlik qüvvələrimiz bu təmaslarda eyni qətiyyəti davam etdirir. Son terrorçu da məhv edilənə və ya təslim olana qədər bu əməliyyatlar davam edəcək”, - Ərdoğan bildirib.






Fikirlər