Kosta Rikalı nazir Bakıya gəlir – SƏFİRLİK AÇILACAQ

Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad naziri Manuel Qonsales Sans noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində M.Q.Sansın Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.

Mətbuat konfransı nəzərdə tutulmayıb.

AzerTaym.az






Fikirlər