Putin üçün SINAQ vaxtı çatdı! – “Mənə 20 il verin, sizə BÖYÜK RUSİYANI qaytarım”

Putin-Vildimir-Rusiya-777x437

Son dövrlər Putin üçün xoşagəlməz keçir. Fevral ayının 3-də Rusiyanın “Su-25” hücum təyyarəsi Suriyadakı müxalifət yaraqlıları tərəfindən vurularaq yerə salınıb.

Rusiya hərbçilərinin verdikləri rəsmi məlumata görə, pilot uğurla katapult edibmiş, lakin o, əsir götürülərək, suriyalı yaraqlılar tərəfindən öldürülüb. İnternetdə yerləşdirilmiş video materialda göstərilir ki, yaraqlılar üzü qana bulaşmış və ölmüş pilotu əhatəyə alıblar. Yaraqlılardan biri isə qışqırır: “Bu rusdur!

Bütün bu iki il ərzində Putinin ən böyük nailiyyəti Yaxın Şərqə qayıtmaq olub. Çoxsaylı bombardmanlardan sonra Yaxın Şərqdəki vəziyyət əhəmiyyətli dərəcədə dəyişildi və Rusiya Suriya münaqişəsinə nəzarət etməyə başladı. Amma bu nailiyyətlər üçün Rusiya böyük hesab ödəmək məcburiyyətində qaldı.

2015-ci ilin noyabrında Rusiyanın “Su-24” hücum təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vuruldu və pilot həlak oldu. Onda Putin qəzəbli ifadə işlətmişdi: “Hərbçilərimiz öz həyatları bahasına terrorizmə qarşı mübarizə aparırlar, lakin bu gün bizim arxamızdan zərbə vurublar”. Rusiya ordusu axtarış-xilasetmə əməliyyatına iki “Mİ-8” vertolyotu göndərmişdi, onlardan biri suriyalı müxalifətçilər tərəfindən vurulmuş və bir rus əsgəri ölmüşdü.

2016-cı ilin avqutunda Suriyada Rusiyanın daha bir döyüş vertolyotu vuruldu, beş nəfər həlak oldu. 2016-cı ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri hamının gözü önündə güllələndi və o yerindəcə öldü. Səfirin qana bulaşmış cəsədi yerdə qalmışdı. Hadisə yerindəki qatil sonradan qışqırmağa başladı: ”Hələbi unutmayın, Suriyanı unutmayın! Biz və bizim torpaqlarımız təhlükədə olanadək, siz qoruna bilməyəcəksiniz. Bu zülmdə əli olanların hamısının cəzasının növbəsi çatacaq”.

Bundan başqa Rusiyanın Yaxın Şərqdə daha iki təyyarəsi dəhşətli aviaqəzaya uğrayıb. 2015-ci ilin oktyabrında Rusiyanın mülki təyyarəsi Misirdəki Sinay yarımadasında qəzaya uğradı və nəticədə əksəriyyəti Rusiya vətəndaşı olan 224 nəfər həlak oldu. Qəzanın səbəbi aydınlaşandan sonra, bunu törədənlərin Rusiyadan qısas almaq istəyən və partlayıcını mülki təyyarəyə quraşdıran terroristlər olduğu elan edildi. 22 dekabr 2016-cı ildə Türkiyədəki səfirin məzarı önünə çələng qoyan Putinin gözləri yaşla dolmuşdu.

- Bədbəxtlik tək gəlmir…

kreml

Bu yaxınlarda ABŞ maliyyə nazirliyi Rusiyaya qarşı siyasəti yenidən sərtləşdirib. ABŞ “Kreml siyahısı” adlandırılan siyahını elan edərək bəyan edib ki, bu siyahıya düşümüş bütün şəxslər ABŞ-ın diqqət mərkəzindədir. Bu adamlara qarşı istənilən vaxt sanksiya tətbiq oluna bilər. 200 nəfərlik siyahıya baş nazir Medvedyevdən, xarici işlər naziri Lavrov və həmçinin güc strukturların başçılarından tutmuş, bank direktorları, qaz şirkətlərinin prezidentləri və digər biznesmənlər daxil edilib.

Ölkənin bütün mühüm şəxslərinin “problemlərinin” mövcudluğunun iddia edilməsi, sözsüz ki, Rusiya tərəfindən təhqir kimi dəyərləndirilir. Rusiya tərəfinin bildirdiyinə görə,gələn ay prezident seçkiləri keçiriləcək və qəfildən belə bir “qara siyahı”nın ortya çıxması prezident seçkiləri prosesinə müdaxilə və Putinin özünə qarşı təhlükə deməkdir.

Maraqlıdır ki, siyahıda Putinin soyadı yoxdur. Son toplantıda Putin sovet kinomatoqrafı klassikasından bir replikanı sitat gətirib: ”Qulaq as, ayıbdır!”

Bəli Putinə “ayıbdır”, lakin onun üçün yalnız qəzəblənmək və narazılıq bildirmək qalır. Sonra Rusiya lideri siyahı ilə əlaqdər deyib: “İt hürər, karvan keçər”. Hədsiz sərt və hətta kobud söylənilmiş ifadədir. Əlbəttə, bu cür ifadələri Putindən nadir halda eşitmək olar və indi bu sözlər onun nə dərəcədə hiddətləndiyini göstərir.

Çox vaxt rusları ən qaba və qəddar xalq adlandırırlar. Nə zaman ki, Gürcüstanda böhran meydana gəldi, Putin ləngimədən tankları Tiflisə doğru istiqamətləndirdi, onda Gürcüstan əlverişsiz şərtlər qarşısında sülhə getməyə məcbur qaldı və nəticədə Cənubi Osetiyanın müstəqilliyi elan olundu.

Ukraynada ruspərəst prezident qovulandan sonra, Rusiya ordusu Krımda peyda oldu. Strateji cəhətdən bu mühüm məntəqəni Rusiya ilhaq etdi. Şərqi Ukraynada indiyədək amansız döyüşlər gedir. Nə vaxtsa, möhkəm dövlət olan Ukrayna uzunmüddətli vətəndaş müharibəsinə sürüklənib.

Beləliklə, ABŞ-a meydan oxumaq, Fransada xaos törətmək olar, lakin gərək “ağ ayını” (Rusiya) özünə qarşı qəzəbləndirməyəsən! Bəzi çinlilər Rusiyaya müəyyən qibtə hissi ilə yanaşırlar. Axı, bu ölkə onu incidənlərə qarşı güclü cavab verir, xüsusən də güc tətbiq etməklə. Ona görə də, Çin əhalisi sual verir: “Nəyə görə bizi incidənləri yalnız söyürük? Amma Rusiya “Kim məni incidirsə, mən onu vururam” prinsipini əsas götürür”.

Ancaq kim nə əkərsə, onu da biçər. Rusiya Suriyada xeyli sayda təyyarə itirib, Rusiya səfiri öldürülüb, Müdafiə nazirliyinin Aleksandrov adına mahnı və rəqs ansamblının bütün artistləri həlak oldular, digər faciələr də baş verdi. Bunlara baxmayaraq, indi Rusiya Suriyada qalib durumundadır, hərçənd ki, onlar bunun kifayət qədər hesabını veriblər. Putin Suriyadan qoşunların çıxarılmasını elan etsə də, bu əsas etibarıyla təbliğatdır. Döyüş fəaliyyətləri davam edir və müəyyən əminliklə söyləmək olar ki, bu cür faciələr yenə də baş verəcək.

Dayanıqsız müasir dünyamız belədir. ABŞ və Rusiya nəhəng görünür, lakin onlar məğlubiyyətlə üzləşirlər: hər iki ölkə Yaxın Şərqdə səfirlərini itiriblər. Liviya böhranı zamanı ABŞ səfiri Benqazidə öldürüldü. Suriya böhranına görə, Türkiyədə Rusiya səfiri güllələndi. ABŞ və Rusiya arasında qarşıdurmalar baş verir. Tramp Putinə heyranlığını bildirir, ”Russiagate”lə bağlı ehtiraslar soyumayıb və ABŞ ilə Rusiya arasındakı münasibətlər hazırda da pisləşmə mərhələsindədir.

Şübhəsiz ki, önümüzdəki prezident seçkilərində Putin asanlıqla qalib gələcək və onda onun Rusiya prezidenti vəzifəsində qalmasının 20 ili tamam olacaq. Çox adam belə bir frazanı xatırlayır: “Mənə 20 il verin və mən sizə böyük Rusiyanı qaytarım”. Deyirlər ki, bu fraza Putinə aid deyil, ancaq o hamıya məlumdur və aydındır ki, bu rusiyalıların Putindən gözlədiklərini özündə təcəssüm etdirir. Tezliklə həmin 20 il tamam olacaq, amma Rusiya əvvəlki kimi ABŞ tərəfindən təzyiqə məruz qalır, Yaxın Şərqdə qan axır.

isid-suriyada-rus-esgerleri-qetle-yetirdi-17186

Hər halda üç qısa qeydlə tanış olmamız vacibdir:

Birincisi – Suriya əsl burulğandır və bunun çox asan tikə olacağını zənn etmək əbəsdir. Əvvəlcə oraya Rusiya girdi, sonra isə Türkiyə. Buradakı amansız mübarizə hələ təzəcə başlayıb. Bundan başqa Rusiyanın bütün qəddarlıq və sərtliyinə baxmayaraq, əgər nə zamansa düşmən hücum üçün əlverişli anı gözləyirsə, onda buradakı bataqlıq girdabına qərq olmaq təhlükəsi həmişə mövcud olacaq. Çünki müharibəyə girişmək asandır, amma oradan çıxmaq hədsiz çətin olur. Məsələn, ABŞ öz dərsini Vyetnamdan alıb, Rusiya isə Əfqanıstan müharibəsindəki qaranlıq günləri unutmayıb.

İkincisi – Sülh dövrünün iti olmaq, müharibə dövrünün insanı olmaqdan yaxşıdır. Əksər insanlar müharibəni istəmir, ona qarşı çıxırlar, bu kədər və göz yaşlarıdır. Suriyada bir silahlını digəri əvəzləyir və öldürməkdə davam edirlər. Əgər bütün anti-terror mübarizəsi sadəcə gözdən pərdə asmaqdırsa, bəs onda sadə və günahsız insanları kim qoruyacaq? Şəhərlər bir-birinin ardınca xarabalığa çevrilir – mənzərə dəhşət saçır. Mən (Nyu Tançin-müəllif) müharibə gedən bəzi ölkələrdə olmuşam; döyüşlər gedən rayonların sakinlərinin gözlədiyi bir şey var – sülhün yaranması.

Üçüncüsü – Çinə gəldikdə isə, onun üçün hər şey yeni başlayıb. Yaxın Şərqdə xaos daha çox gücləndikcə, Rusiyanın xarici siyasəti bir o qədər sərtləşir və Tramp üçün Çinlə bağlı məsələlərə vaxt ayırmaq mürəkkəbləşir. Belə olan halda Çin öz strateji maraqlarını reallaşdırmaq üçün daha əlverişli imkanlar və xeyli vaxt əldə etmiş olur. Əvvəllər Çinin Suriyaya ordu göndərməsinə çağırışlar edənlər, indi bilmirlər ki, nə desinlər. Çünki bu intellektual məsələdə müzakirə olunacaq heç nə yoxdur.

ABŞ Yaxın Şərqdən çıxmağa tələsir, Rusiya isə böyük və möhtəşəm görünən dövlətdir. Amma bu böyüklüyün qiyməti də böyükdür və ölkə artıq çıxılmaz vəziyyətə salınıb. İri dövlətlərə ambisiya lazımdır. Məgər tarixdə öz iddialarının qurbanı olmuş az dövlətmi olub? Ona görə də, Putin möhkəm dayan!

(“Feniks”-Çin)

 






Fikirlər