SƏUDİYYƏ ƏRƏBİSTANI: SURİYAYA ƏSGƏR GÖNDƏRMƏYƏ HAZIRIQ

Səudiyyə Ərəbistanı: Suriyaya əsgər göndərməyə hazırıq

Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil Cubeyr təklif gələrsə, geniş miqyaslı bir koalisiya çərçivəsində Suriyaya əsgər göndərməyə hazır olduqlarını deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ər-riyadda BMT Baş Katibi Antonio Guterresi qarşılayan və birgə mətbuat konfransı keçirən Səid Cubeyr “İslami Əsgəri Terrorla Mübarizə Koalisiyası”ndan Suriyaya əsgər göndərməyi danışırıq, – deyə bildirib.

Qeyd edək ki, bu gün Wall Street Journal (WSJ) qəzeti də Suriyadan çəkilmək istəyən ABŞ prezidenti Donald Trampın, Suriyanın şimal-şərqindəki Amerikan əsgərlərinin əvəzinə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər əsgərlərinin olması üçün danışıqlar apardığını yazıb.

 






Fikirlər