“BU GÜNƏ QƏDƏR DANIŞMAĞI SEVİRDİM, İNDİ İSƏ…” - YENİ BAŞ NAZİR + VİDEO

“Bu günə qədər danışmağı sevirdim, indi isə…”

Baş nazir Novruz Məmmədov hazırda parlamentdə yeni postunda ilk çıxışını edir.

"AzerTaym.az" həmin çıxışın videosunu təqdim edir:

"Düzü bu günə qədər danışmağı sevirdim, indi başqa sahəyə keçirəm. Daha çox işləmək lazımdır. Mən ilk növbədə, prezident İlham Əliyevə belə etimada görə təşəkkür edirəm. Çox mürəkkəb, çətin və şərəfli vəzifədir. Hansı sahədə olursa-olsun onunla işləmək şərəfli fəaliyyət sahəsidir. 

Ən mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan uğurlu dinamik inkişafın davamı üçün hər birinizim qarşısına məsuliyyət qoyur”.

Baş nazir həmçinin qeyd edib ki, Azərbaycan bu gün tarixdə öz süverenliyi və müstəqillliyi ilə möhtəşəm dövrünü yaşayır:

"Mən də bu dövrdə yaşadığım üçün fəxr edirəm ki, belə bir məqamın iştirakçısıyam. İlk əvvəl prezidentə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm".

 

 






Fikirlər