“Putin Kremldə öləcək” - Kasparov

“Putin Kremldə öləcək” - Kasparov“Putin Kremldə öləcək” - Kasparov











Sabiq dünya çempionu Rusiya prezidentini İŞİD-lə eyniləşdirdi

Rusiya prezidenti Vladimir Putinin sağlamlıq vəziyyətinin ən ciddi sirr kimi saxlanması onun mütləq diktator olduğunu sübut edir”.

ANS PRESS-in məlumatına görə, bunu şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov bildirib.
Putin hakimiyyətinə qarşı müxalifət mövqeyində dayanan Kasparov Rusiya prezidentinin səhhətində ciddi problemlər olduğunu və bunun qırğız həmkarı ilə görüşündə aşkar müşahidə edildiyini deyib. Həmin görüşü bütün detallarının tamamilə quraşdırılmış səhnə hesab edən sabiq dünya çempionu sözlərinə belə davam edib:
“Bu görüşün bütün detalları quraşdırılma idi. Heç vaxt təsəvvur edə bilmərəm ki, Putin Qırğızıstan prezidentini sarayının xiyabanında gəzdirib. Putin belə vəziyyətdə təsəvvüründə ancaq Obamanı gəzdirmək istəyərdi. Görünür, səhhətində olan problemlər Putinə adət etdiyi həyasız – sırtıq həyatı yaşamağa imkan vermir. Görüş zamanı ona çox çətin idi”.


Onun sözlərinə görə, Putin 9 maya qədər aktiv hərbi əməliyyatlara təşəbbüs etməyəcək.

Putini İŞİD terrorçularına bənzədən Kasparov onun Kremldə öləcəyini də sözlərinə əlavə edib.






Fikirlər