“AKP öz daxilində baş verən bu münaqişələrdən sonra çökəsək”

“AKP öz daxilində baş verən bu münaqişələrdən sonra çökəsək”Artıq Türkiyə gərginlik və münaqişələrdən bezib”


“AKP iqtidarı paralel dövlət dediyi camaat ilə 2002-ci ildə adı qoyulmamış bir koalisiya höküməti yaratmışdılar, lakin zamanla bu koalisya da dağıldı.
Bu zaman kəsiyində kimin əlinin kimin cibində olması bəlli olmadı. Və bu vaxtdan bəri AKP iqtidarında hər kəs bir-birindən şübhələnməyə başladı. Bununla da onlar bir-biriləri haqqında dedi-qodular yaymağa başladılar”.


Bu sözləri Ölkə.az-a açıqlama verən Milliyətçi Hərəkat Partiyasının millət vəkilliyinə namizədlərindən olan Hasan Oktay Bülent Arınçın Melih Gökçəyə sərt münasibətini şərh edərkən deyib.

“İndi AKP-də arzuolunmayan insanlara bu damğalar vurularaq onları ləkələməyə çalışırlar. Gökçə – Arınç davası AKP-də yaranan bu atmosferin səbəbidir. AKP daxilində baş verən bu münaqişələrlə ayaq üstə qala bilməyəcək. İndiyə qədər AKP kənarda mübahisə edəcəyi insanları tapıb onların sayəsində möhkəmlənmişdi. İndi isə daxili münaqişələr başlayıb. Belə olanda isə Türkiyə seçicisi gərginlik və münaqişələrdən bezdiyi üçün 7 İyun 2015-ci ildə keçiriləcək seçkilərdə AKP-dən başqa bir partiyanın hakimiyyətə gəlməsinə çalışacaq”.

(avrasiya.net)






Fikirlər