AZƏRBAYCAN 4 NÜVƏ DÖVLƏTİi ilə ortaq təşkilatda - MÜHÜM GƏLİŞMƏ

Çindəki səfirimiz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı mövcud statusunu yüksəltmək istəyində olduğu bəyan etdi; rəsmi Bakı niyə yenə üzünü Asiyaya tutur?

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.

“Trend”in yaydığı məlumata görə, tədbir çərçivəsində “Azərbaycan mirvarisi” adlı sərgi təşkil olunub. Sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz nümayiş olunub.

ŞƏT-in baş katibi Rəşid Alimov bu cür tədbirlərin ŞƏT-də təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycanın fəal xarici siyasət yürütdüyünü diqqətə çatdıran Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ölkəmizin öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisində baş katib Rəşid Alimovun rəhbərlik etdiyi ŞƏT nümayəndə heyətinin müşahidəçilik missiyasını uğurla yerinə yetirdiyini diqqətə çatdıran Ə.Zeynallı missiyanın fəaliyyətinin və yekun bəyanatının Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib ile ilgili görsel sonucu

Mədəniyyətimizin təbliği əlbəttə ki, təqdirəlayiq hadisədir. Amma yayılmış xəbərdə ən diqqətçəkən məqam Çindəki səfirimizin Azərbaycanın  “təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğu” barədə dedikləridir.  Hələ 2015-ci ilin aprelində ŞƏT-ə üzv Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan etmişdi  ki, Azərbaycanın quruma üzvlüyü ilə bağlı ərizə müzakirə edilir.  2016-cı ilin martında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ŞƏT-in baş katibi Rəşid Alimov görüşündə gözlənilənlər oldu.

Görüş əsnasında Azərbaycana  ŞƏT-də “dialoq tərəfdaşı statusu” verilməsinə dair memorandum imzalandı. Anlaşma memorandumuna əsasən, Azərbaycan Respublikası və Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kiber cinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd-təsərrüfatı, trans-regional multi-modal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Azərbaycan da daxil olmaqla, Ermənistan, Belarus, Türkiyə və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib ile ilgili görsel sonucu

Bu ilin aprelində keçirilən prezident seçkilərində  Şanxay Əməkdaşlıq Təşkilatının sədrinin rəhbərliyi ilə Bakıya müşahidə missiyası gəlmişdi.  R.Alimova təşəkkürünü bildirən nazir E.Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bir daha vurğulayıb.

Prezident İlham Əliyevdə təşkilat katibi ilə görüşündə Azərbaycanın ŞƏT-lə əlaqələri gücləndirmək əzmində olduğunu vurğulayıb: “Bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstəririk. Bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir” deyə prezident  bildirib.

R.Alimova təşəkkürünü bildirən ile ilgili görsel sonucu

Azərbaycanın 2016-cı ildə Qərb ölkələri ilə münasibətlərinin soyuqlaşması müşahidə edilirdi və bu gərginliyin fonunda Şərq ölkələrini birləşdirən əsas qurumlardan biri olan ŞƏT-ə meyllənməsi haqlı suallar yaradırdı. Təhlilçilərdən bəziləri Azərbaycanın bu təşkilata cəlb edilməsini “siyasi manevr” hesab edir, digərləri isə Azərbaycanın ŞƏT-ə qoşulmasının “yalnız əməkdaşlıq məqsədi daşıdığını” deyirdilər.

ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Müşahidəçi statusu alan ölkələr  Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan idi. 2017-ci ilin iyununda  Hindistan və Pakistanın quruma daxil olması barədə qərar verilib.  Yəni təşkilata daha iki nüvə dövləti qəbul olunub. Rusiya uzun müddətdir ki, İranın da ŞƏT-ə üzv olmasını istəyir.

Ermənistanın da  ŞƏT-də Azərbaycanla eyni statusda olmasına gəlincə, politoloqlara görə,  bu, rəsmi Bakının maraqlarına zidd deyil. Çünki Ermənistanla Azərbaycan  müxtəlif təşkilatlarda da üzvdürlər.

Siyasi beyin mərkəzləri hesab edir ki, Rusiyanın və Çinin “gizli patronu” olduğu bu qurum dünyada yeni güc mərkəzinin formalaşmasına xidmət edir. Amma o da qeyd edilir ki, təşkilata üzv ölkələrin müxtəlif xarici siyasət kursları var. Məsələn,  Hindistanın xarici siyasəti ilə Çinin xarici siyasəti arasında kifayət qədər fərqlər var. Eyni zamanda Pakistanla Hindistan arasında olan ərazi mübahisəsi illərdir ki, davam edir. İkincisi, regionda liderlik uğrunda Rusiya ilə Çin arasındakı güzəştsiz mübarizə təşkilatın qarşısında ciddi maneədir. Pekin həmin bölgədə fəallığını getdikcə artırır və maliyyə, iqtisadi, humanitar və enerji sahələrində Rusiyanı açıq şəkildə sıxışdırır. Ekspertlər hesab edirlər ki, bu cür vəziyyət gec və ya tez ŞƏT daxilində ziddiyyətlərin kəskinləşməsinə səbəb ola bilər.  






Fikirlər