“MƏN İSPANİYANI “Real Madrid” KİMİ GÖRÜRƏM”

“Mən İspaniyanı “Real Madrid” kimi görürəm”

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

AzerTaym.az xəbər verir ki,  Modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib. 

O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar “Real Madrid”in futbolçularıdır.

“Ona görə də mən dedim ki, favoritim “Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın “Barselona” komandasının tərkibində oynayanlar da “Real Madrid”in futbolçularıdır. “Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, “Real Madrid” İspaniyanın komandasıdır.

 

“Mən İspaniyanı “Real Madrid” kimi görürəm. Ona görə  demişəm ki, “Real Madrid” mənim favoritimdir”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi