CHP liderindən iqtidar və məmurlara XƏBƏRDARLIQ...

Türkiyədə keçirilən seçkidə ailəsi ilə birlikdə səs verən CHP lideri Kamal Kılıçdaroğlu AKP iqtidarına və ölkədəki məmurlara xəbərdarlıq edib.

"AzerTaym.az" bildirir ki,Strateq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə o, hazırda səsvermədə ciddi sıxıntılar olmasa da, şikayətlərin olduğunu deyib: “Hazırda CHP-nin deputatları problem və şikayətləri həll etmək üçün əllərindən gələni edirlər. Bütün dövlət məmurlarına buradan səslənirəm: lütfən, dövlət məmuru olduğunuzu unutmayın. Sizlər dövlətin mənfəəti üçün çalışmaq məcburiyyətindəsiniz”.   

CHP lideri deyib ki, əsas problemlər Türkiyənin şərqi və cənub-şərqindədir: “Bu bölgələrimizdən şikayətlər var. Seçimin üzərinə kölgə düşməməlidir. Məntəqələrdəki tərəfdarlarımızın vəzifələrini həyata keçirmələri üçün şərait yaradılmalıdır. O zaman heç bir qayğımız da olmaz”.

Sonda partiya sədri nahardan sonra mətbuat konfransı keçirəcəklərini bəyan edib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi