İrana qarşı ABŞ sanksiyaları: BAKI QOŞULSUN, QOŞULMASIN?

Ekspert hələ ki bunu birmənalı söyləməyin çətin olduğunu deyir... 

Bu ilin mayında ABŞ prezidenti Donald Tramp ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) arasında 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan etdi.

ABŞ prezidenti bəyan etdi ki, İrana qarşı bütün sanksiyalar bərpa olunacaq. Artıq sanksiyaların ilk paketi imzalanıb, növbəti və daha əhatəli sanksiya qərarı verilmək üzrədir. İranla ABŞ arasında gərginlik artan xətt üzrə davam edir. Tərəflər arasında qarşıdurma meylləri durmadan güclənir. 

Azərbaycan bu durumda hansı mövqe sərgiləməlidir?

Politoloq Tofiq Abbasov deyir ki, ABŞ sanksiyalarına hər bir dövlət öz maraqlarından çıxış edərək və beynəlxalq qanunlara uyğun olaraq münasibət sərgiləməlidir:

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

“ABŞ-ın bir neçə qütblə, o cümlədən Avropa dövlətləri, Avropa İttifaqı ilə yeni problemləri, yeni ixtilafları yaranıb. ABŞ öz dominant statusundan istifadə etməklə çalışır ki, özünün maraqlarından doğan sanksiyalara beynəlxalq qanunlar statusu verilsin. Müəyyən mənada beynəlxalq təşkilatlar, əsasən BTM-yə nüfuz olunur ki, təşkilatın müvafiq qurumları sanksiyaları hüquqi cəhətdən qanun formasına salsın, otuşdursun. Bu baxımdan İrana qarşı sanksiya qərarı veriləndə BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunan ”5-lər" arasında müzakirə olundu. Yekdilliklə belə qərar verildi ki, əgər İran nüvə proqramını davam etdirirsə, deməli, sanksiyalar qaçılmaz olmalıdır. 5 ölkə birmənalı olaraq sanksiyalara razılıq verdi. Ona görə də sanksiyalar beynəlxalq səviyyədə tanındı, qanuni şəkil aldı".

Tofiq Abbasov bildirir ki, 2015-ci ildə İranla nüvə proqramı ilə bağlı imzalanmış sazişdən sonra sanksiyaların aradan qaldırılması qaçılmaz olmuşdu. Bu, ümumilikdə regionun xeyrinə olan bir saziş idi:

“Həmin sazişə görə İranın uran üzrə araşdırmaları davam etdirməsi yasaqlanmırdı. Sazişdə qeyd olunurdu ki, bu  araşdırmalar MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) - BMT-nin ixtisaslaşdırılmış agentliyi mütəxəssisləri tərəfindən mütəmadi izlənməli, araşdırılmalıdır. İran bu sazişə bu günə qədər sadiqdir.  Donald Tramp bu ilin mayında həmin sazişdən birtərəfli qaydada çıxdıqlarını elan etdi. Bu isə yeni bir situasiya yaradıb. Sazişi imzalayan Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya İranla əməkdaşlığı davam etdirəcəklərini bəyan ediblər. Elan ediblər ki, ABŞ-ın sazişdən çıxması onların mövqelərinə təsir etmir. Üstəlik, Avropa İttifaqı xüsusi bir sənəd hazırlayıb, həmin sənəddə ABŞ-ın sanksiya siyasətinə məhəl qoymayacaqları bəyan olunur və İranla əməkdaşlığı davam etdirəcəkləri birmənalı şəkildə vurğulanır. Azərbaycana gəldikdə isə beynəlxalq təşkilatlar, BMT həmin sanksiyaları qanun şəklinə salacağı təqdirdə ölkəmiz həmin sanksiya və məhdudiyyətlərə riayət etməlidir. Əgər sanksiyalar qanunlarla bərkidilməyəcəksə, Azərbaycan sanksiyalara məhəl qoymaya bilər”.

Politoloq deyir ki, İranın təqib olunmasıma qarşı ortaya mövqe qoyan dövlətlər var: “Hazırda İran ABŞ tərəfindən qovulan, təqib olunan bir dövlətə çevrilib. ABŞ-ın sanksiya qərarlarına artıq sərt mövqe bildirən dövlətlər də var - Çin, Hindistan, Türkiyə, Rusiya və İranın ətrafında olan bəzi dövlətlər sanksiyalara qarşı mövqe ortaya qoyublar. İraqın son dövrlərə qədər İrana qarşı sanksiyalara münasibəti xoş deyildi. Hazırda isə İraqın sanksiyalarla bağlı mövqeyi dəyişib. Açıq bəyan ediblər ki, ABŞ təzyiq göstərsə, İranla münasibətləri dayandıracağıq. Hər ölkə öz maraqlarından çıxış edərək sanksiyalara münasibət formalaşdırır. Ona görə də sanksiyalarla bağlı hər bir dövlətin individual yanaşması var. Azərbaycanın İranla ikitərəfli və inkişaf etməkdə olan münasibətləri var. Neft kontraktlarında 2 İran şirkəti iştirak edirdi. ABŞ sanksiya tətbiq edəndə həmin o 2 şirkətə şamil etmədi. Çünki həmin layihələrin varlığı özlərinə lazımdır. Bu, çox maraqlı bir məqamdır. Qərb öz maraqlarına toxunmasın deyə bu 2 İran şirkətinin adını sanksiya tətbiq ediləcək İran şirkətlərinin siyahısına salmadı”.

Tofiq Abbasov yada salır ki, Azərbaycan, İranla həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq edir: “Şimal-Cənub dəhlizində Azərbaycan ABŞ-ın sanksiyalarına baxmayaraq öz öhdəliklərini yerinə yetirəcək. Bu, beynəlxalq səviyyədə təsdiq olunmuş layihədir. Bu layihənin xeyri təkcə İran, Azərbaycan və Rusiyaya deyil, həmçinin digər dövlətlərin də maraqlarına uyğundur. Hazırda Azərbaycanın ABŞ sanksiyalarına qoşulub-qoşulmayacağını birmənalı söyləmək çətindir. Çünki individual məsələlər, maraqlar, layihələr, çərçivələr var. Ola bilsin ki, ölkəmiz məhdudiyyətlərin bəzilərinə riayət edəcək, bəzilərinə  isə yox”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi