"Qarabağı qaytarın" TƏLƏBİNƏ CAVAB, ermənilər KƏLBƏCƏRDƏ…

"Qarabağı qaytarın" TƏLƏBİNƏ CAVAB, ermənilər KƏLBƏCƏRDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Dağlıq Qarabağla bağlı bəyanatını şərh edib. ABŞ İran və Rusiyadan olan şirkətlər barəsində yeni sanksiyalar tətbiq edə bilər. Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir. Krımın Kerç şəhərində terror aktı törədilib.

Bu barədə XİN-dən verilən açıqlamada bildirilir.

 

Ermənilər Kəlbəcərdə yeni qəsəbə saldı və... - XİN-dən SƏRT BƏYANAT

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək. Bu haqda “RİA-Novosti” agentliyinə diplomatik mənbə bildirib.

Mənbənin sözlərinə görə, Bolton ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək və regional məsələlər müzakirə ediləcək.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi vardır və bunlar Ermənistan və Azərbaycandır:

"ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır".

“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar”. Bu barədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.

Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.

Qeyd edək ki, ABŞ səfiri Riçard Mills “Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək. İlk dəfə Ermənistana gələndə ermənilərin böyük qismi işğal edilmiş ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı çıxırdı. O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu ərazilərdə gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən çox təəccüblənmişdim”.

“Hökumət başçısının istefasından sonra parlamentdə Nazirlər Kabineti rəhbərinin seçkilərinin birinci mərhələsində baş nazir postuna Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi siyasi yox, hüquqi əsasa malikdir”. Bu barədə dünən istefa verən, hazırda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasi yox, hüquqi məsələdir və hüquqşünaslar arasında müzakirələr aparılır.

Ermənistan mediası yazır ki, yaxın 14 gündə parlament iki iclasda baş naziri seçə bilməsə, onda buraxılacaq və ölkənin prezidenti növbədənkənar seçkilər təyin edəcək.

Ankaraya səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Esenboğa Hava Limanında görüş keçirilib. Dövlət katibinin səfərinin əsas məqsədi səudiyyəli jurnalist Camal Qaçıqçının yoxa çıxması ətrafında yaranan vəziyyəti müzakirə etmək idi.

Görüşə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident sözçüsü İbrahim Kalın qatılıb. Görüş təxminən 40 dəqiqə davam edib.

Qeyd edək ki, Pompeo dünən Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləzizlə görüşüb.

Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək. Məlumata görə, Putin İstanbulda dördtərəfli zirvə toplantısında iştirak edəcək. Həmin zirvə toplantısına Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin də qatılması gözlənilir.

Zirvənin əsas gündəm mövzusu Suriyadakı siyasi keçid prosesi, terrorla mübarizə və Fəratın şərqində YPG/PKK terror qruplaşmalarının varlığı olacaq.

ABŞ İran və Rusiyadan olan şirkətlər barəsində yeni sanksiyalar tətbiq edə bilər. Bu haqda mənbələrə istinadən ABŞ-ın NBC telekanalı bildirib.

“Planda maliyyə təzyiqinin göstərilməsi yolu ilə İran Silahlı qüvvələrinin Suriyadan sıxışdırılması üzrə siyasi və diplomatik səylərin əsasları hazırlanır”, - kanalın xəbərində deyilir.

Planla tanış olan üç mənbənin sözlərinə görə, ABŞ İran və Rusiyanın hərbi kontingentlərinin olduğu rayonların bərpasına mane olmaq niyyətindədir.

İsrail Qəzzadan hücumlara son qoymaq üçün “böyük güclə” hərəkət edəcək. Bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir bu barədə Qəzza ərazisindən həyata keçirilən raket atəşindən sonra sərhədyanı yaşayış məntəqələrinin başçıları və güc strukturlarının rəhbərliyi ilə müşavirəsində deyib.

Xatırladaq ki, daha əvvəl “The Jerusalem Post" nəşrinin məlumata görə, raket zərbələri oktyabrın 17-də Qəzza tərəfdən endirilib. Raketlərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, yaralıların olduğu bildirilir.

Raketlərdən biri isə paytaxt Təl-Əvivin yaxınlığında Araılq dənizinə düşüb. İsrail aviasiyası xavab olaraq Qəzzada döyüşçülərin 20 obyektinə zərbələr endirib.

Krımın Kerç şəhərində Texnologiya Texnikumunda partlayış baş verib. Hadisə nəticəsində 18 insan həlak olub, 50 nəfər yaralanıb.






Fikirlər