"Azərbaycan hər zaman Türkiyənin yanında olub" - ƏRDOĞAN

"Azərbaycan hər zaman Türkiyənin yanında olub" - Ərdoğan

"6.5 milyardlıq investisiya cəlb olunan "STAR" neft emalı zavodunun ölkəmiz və xalqlarımız üçün xeyirli olmasını diləyirəm".

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir. Bu böyük yatırımın ölkəmizə qazandırılmasında əməyi keçən hər kəsi təbrik edirəm", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmir şəhərində "STAR" neft emalı zavodunun açılışı olacaq.






Fikirlər