SƏUDİYYƏ QƏTLİ ETİRAF ETDİ! – 18 nəfər saxlanılıb, meyitin harada olduğu məlum deyil

 1911674-rnAiIe (1)

Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən “Reuters” məlumat yayıb.

Agentliyin bildirdiyinə görə Səudiyyə Ərəbistanı baş prokurorluğunun apardığı təhqiqat nəticəsində jurnalistin konsulluqda meydana gələn dava zamanı öldüyü müəyyənləşib.“Araşdırmalar göstərib ki, Xaşogi İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Xaşogi həyatını itirib”-açıqlamada belə deyilir.

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb. Səudiyyə rejimi bildirir ki, Xaşoginin ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzasını alacaq və günahkarlar məhkəmə qarşısında dayanacaq.

“AzPolotika.info” məlumat verir ki, Səudiyyə rejiminin məlumatında 5 nəfər yülksək rütbəli vəzifəli şəxsin işdən çıxrıldığını bəyan edib.  Onlardan 4-ü xüsusi xidmətdə vəzifə tutan şəxslərdir.

Lakin Camal Qaşıqçının meyitinin hazırda harada olduğu məlum deyil.

Bu barədə şənbə günü istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin“yerli əməkdaş”a təhvil verilməsi prosesində iştirak edib.

“Reuters”in həmsöhbəti bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti mərhum jurnalistin qətlə yetirilməsi və ya oğurlanması barədə göstəriş vermədiyini iddia edib.

 

Onun sözlərinə görə, Qaşıqçı ilə bağlı ilkin təlimatlar yanlış izah edilib, əlavə tapşırıqlar isə “daha çox qeyri-müəyyən olub” ki, bu da sonda onun ölümünə və cinayətin gizlədilməsinə gətirib çıxarıb.

Mənbənin məlumatında həmçinin iddia edilir ki, Krallıqda rejim tənqidçilərinin Səudiyyə Ərəbistanına gətirilməsi ilə bağlı təlimat var, lakin vəliəhd şahzadə Məhəmməd ibn Salman “bu konkret əməliyyatdan xəbərsiz olub”.

Gözlənildiyi kimi, səudiyyəli rəsmilər bu qətldə ölkənin Kəşfiyyat Nazirliyində nazir müavini vəzifəsini tutan general  general Əhməd Əl Assirini məsul tutub. 

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənn Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd əl-Assirinin vəzifəsindən azad edib. Bundan əlavəı  kral müşaviri Səud ibn Abdulla əl-Kaxtanini də vəzifəsindən kənarlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın “The New York Times” qəzetinin bir -neçə gün əvvəl yaydığıməlumatda  ər-Riyadın ABŞ dövlət katibi Maykl Pompeoya da general əl-Assirinin adını verdiyi xəbərini yaymışdı.

Daha öncələr Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarının gedişində mətbuat sözçülüyünü həyata keçirən , ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiyada da vəzifə tutan general Əhməd əl-Asiri şahzadə Məhəmməd bin Salmana ən yaxın isimlərdən biri olaraq tanınır.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Qərb KİV-ləri Qaşıqçının  konsulluqda necə öldürüldüyü haqda dəhşətli təfərrüatları açıqlayıblar. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan pataloji anatomiya mütəxəssisi Xaşoginin cəsədini 15 dəqiqə ərzində doğrayıb. Ehtimal edilir ki, cəsəd parçaları diplomatik nömrə nişanlı avtomobillə konsulluqdan çıxarılıb və naməlum istiqamətə aparılıb.

Xəbərlərə görə Qaşıqçının qətli Səudiyyə Ərəbistanında ciddi siyasi böhran yaradıb. Kral Salman bu işlə bağlı 5 yüksək rütbəlini vəzifədən azad edib. Onların arasında vəliəhd şahzadə Muhammed bin Salmanın müşaviri Saud Kahtani, xüsusi xidmət şefinin müavini Muhammed bin Salih ər-Rumeyh və digərləri də var.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Qaşıqçının öldürüldüyünü etiraf etməsinə münasibət bildirib və bu bəyanatı “inandırıcı” adlandırıb.

Lakin Tramp bildirib ki, araşdırma hələ bitməyib və Səudiyyə hökumətinə bəzi suallar qalır. “Bu məsələdə Konqreslə birlikdə işləyəcəyik”-Tramp bildirib.

Tramp vəliəhd şahzadə Muhammed bin Salmanla görüşəcəyini söyləyib. O, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların olacağını, amma silah satışını dayandırmayacaqların bildirib. Tramp  bildirib  ki,  regionda İranın güclənməsinin qarşısını almaq üçün Səudiyyə hökumətinə ehtiyacımız var.

Ancaq senatorlar Səudiyyə hökumətinin açıqlamasını yetərsiz hesab edib.

“Washington Post” Səudiyyə Ərəbistanını hakimiyyətinin qətli etiraf etməsini Türkiyə prezidenti Ərdoğanın qərarlı duruşu ilə izah edib.

Ərdoğan isə hadisənin tam aydınlaşması istiqamətində səylərini davam etdirəcəklərinin bildirib. 

 AzPolitika.info

 






Fikirlər