Erməni qüvvələr Qarabağdan çıxarılır?

Erməni qüvvələr Qarabağdan çıxarılır?

Son iki sutka ərzində sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikiləri videogörüntülər yayılıb. Kadrlarda Xandəndidən çıxarılan erməni ordusunun kolonu görünür.

Ağır texnika kolonu Laçına tərəf hərəkət edir. Digər kadrlarda  KAMAZ kolonu görünür, bunlardan adətən canlı qüvvənin daşınmasında istifadə olunur.

Hərbçilərin şərhlərinə görə, Ermənistan Silahlı Qüvvələri Qarabağdan çıxarılır, amma rəsmi olaraq bu barədə heç nə deyilmir. (Turan)

 

Azərbaycanlı hərbçilərin çəkdikləri digər kadrlarda Azərbaycan Silahlı Qüvvələrinin Əsgəran rayonunda Qarov kəndi ilə üzbəüz mövqeləri göstərilib. Həmin yüksəkliklərdən erməni tərəfinin mövqeləri aydın görünür, Xankəndi və Əsgəranın ətrafını da görmək olur.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən erməni qüvvələr Qarabağdan çıxarılmalıdır, lakin erməni tərəfi bu bəndin yerinə yetirilməsini hər vəchlə yubadır.

 






Fikirlər