"Qarabağ klanı"nın ümidinin üstündən XƏTT ÇƏKİLDİ - Xankəndi də, Xocalı da...

"Brüsseldəki üçüncü görüş ondan xəbər verir ki, tərəflər konkret olaraq delimitasiya və sülh məsələlərini müzakirə edirlər. Bu da çox vacibdir. Çünki məsələlərin müzakirəsi onu göstərir ki, Azərbaycan və Ermənistan tərəfi konkret olaraq yaranmış problemlərin həlli üçün birgə səy göstərməsinə hazırdırlar".

 AzerTaym.az bildirir ki, bunu Milli.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Ad - 00:03

 

O bildirib ki, Azərbaycan dövləti Qarabağdakı ermənilərin təhlükəsizliyini qorumağa hazırdır:

"Biz düşünə bilərik ki, yaxın vaxtlarda delimitasiya-demarkasiya prosesi ilə bağlı konkret işlər görüləcək, sülh sazişinin hazırlanması ilə bağlı əməli proseslər gedəcək. Bu da vacibdir. Eyni zamanda Brüssel görüşündə hər halda Şarl Mişelin açıqlamalarından görmək olar ki, tərəflər eyni zamanda Qarabağda yaşayan ermənilərin də aqibətini müzakirə ediblər.

Lakin bir məsələ burada diqqət çəkir ki, tərəflər onların təhlükəsizliyi ilə bağlı və normal yaşam tərzinin təmin olunması ilə bağlı fikirlər söylədilər. Ermənilərin təhlükəsizliyi və normal yaşam tərzini təmin etmək üçün "status" məsələsini qaldırmağa ehtiyac yoxdur, digər yollarla da bunları təmin etmək olar. Düşünürəm, bu məsələni hər halda Azərbaycan tərəfi xüsusilə vurğulayıb.

Çünki Prezident İlham Əliyev dəfələrlə deyib ki, "Bəli, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycanın qanunvericiliyinin verdiyi hüquqlardan istifadə edə bilərlər. Azərbaycan dövləti onların təhlükəsizliyini qorumağa hazırdır. Bunun üçün onlar müəyyən şərtləri qəbul etməlidirlər.

Şərtlər bunlardır:

1. Azərbaycan vətəndaşlığını qəbul etsinlər

2. Separatçı iddialarından əl çəksinlər"

Yəqin ki, bu formatda Azərbaycan bu Brüssel görüşündə də öz mövqeyini bir daha bəyan edib. Xüsusilə də Şarl Mişelin və Avropa tərəfinin əsas məqsədi insan hüquqlarının təmin olunmasından ibarətdir. Əgər bu "insan hüquqları" Ermənilərin təhlükəsizlik şəraitində Azərbaycanda yaşamasını nəzərdə tutursa, o zaman düşünürəm ki, "status" məsələsinə heç ehtiyac qalmır".






Fikirlər