Prezident və xanımı ISESCO-nun Baş Konfransında!
Bu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb. Azərtaym.az AzerTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Tədbir Qurani-Kərimdən ayənin oxunması ilə başlayıb.