Əsas Səhifə > Siyasət > AZƏRBAYCAN ORDUSU İrəvanı hansı silahlarla vura bilər?
AZƏRBAYCAN ORDUSU İrəvanı hansı silahlarla vura bilər?14-05-2016, 22:17 |
Silahlı Qüvvələrimizin tabeçiliyində «Scud» raketləri, S-300 Zenit-Raket və 9A52M "Smerç-M” sistemləri ilə yanaşı, adları açıqlanmayan silahlar da var Aydın məsələdir ki, uzun illərdən bəri milyardlarla pul xərcləyib, ordunu komplektləşdirən Azərbaycanın bu raketləri sıradan çıxara biləcək, habelə İrəvanı yerlə yeksan edəcək daha modern silahlara malik olduğu sirr deyil. JAM.AZ xəbər verir ki, birbaşa Bakıdan İrəvanı vurmaq üçün Azərbaycan Ordusunun tabeçiliyində elə də çoxlu raketlər yoxdur. Çünki məsafə təqribən 700 km-ə yaxındır və bu artıq orta mənzilli ballistik raketlərə sahib olmaq anlamına gəlir. Amma Azərbaycanın əlində «Scud» tipli raketlərin olduğu hələ çoxdan məlumdur və bu silah 2011-ci ildə keçirilmiş hərbi paradda da nümayiş etdirilib. «Scud» raketlərinin vurma məsafəsi təqribən 700 km-ə yaxındır. SSRİ istehsalı olan silahdan İran-İraq müharibəsində geniş istifadə olunub. Üç növə malik olan bu raketin ən yeni modelləri isə 1500 km-lik məsafəni vurmaq qabiliyyətinə malikdir.
Azərbaycan Ordusunun tabeçiliyində yeni model 9A52M "Smerç-M” sistemi var ki, o beşoxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılıb. Bu sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilib. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlib. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə edir və onun bu məsafədə vurma xətası 170 m həddindədir. Qeyd edək ki, həmin silahın bir qismi Naxçıvandakı Qoşunlarımızın tabeçiliyindədir və Muxtar Respublikadan İrəvanı vurmaq elə də çətin deyil. Bu silahın ən özəl tərəflərindən biri də odur ki, bir komplekslə təqribən 1 kvadrat km ərazini tamamilə məhv etmək mümkündür. Geri qayıt |