Əsas Səhifə > Siyasət > Sabiq icra başçısı YENİ yaradılacaq
Sabiq icra başçısı YENİ yaradılacaq30-06-2016, 10:53 |
Son bir il ərzində müxtəlif məhsullar, xüsusilə də ərzaq mallarının bahalaşması davam edir. İnsanların alıcılıq qabiliyyəti ərzaq məhsulları istehsalçıları və idxalçılarını müvafiq addımlar atmağa, bazara daha münasib qiymətə olan mallar təqdim etməyə məcbur edir. Qiymətlərin münasib olması isə bir sıra hallarda məhsulların keyfiyyətinin pisləşməsi hesabına balanslaşdırılır. Əslində bazarda aşağı keyfiyyətli məhsullar həmişə olub, bu isə qida təhlükəsizliyinə ciddi problemdir. Bu problemlərin aradan qaldırılması və qida təhlükəsizliyi sahəsində ciddi addımlarım atılması məqsədilə yaxın vaxtlarda Azərbaycanda yeni dövlət qurumunun – Qida Təhlükəsizliyinə Nazarət Agentliyinin yaradılması gözlənilir. Bu barədə Modern.az saytına hökumətdəki mənbədən məlumat daxil olub. Yeni Agentliyin yaradılması Azərbaycanda dövlət qurumlarında islahatların aparılması, idarəetmənin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində həayata keçiriləcək. Geri qayıt |