Əsas Səhifə > Siyasət > “Dövlət qulluğu haqqında”
“Dövlət qulluğu haqqında”8-09-2016, 14:11 |
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr təklif edilir. “Report”un xəbərinə görə, maddənin birinci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil olunur. Maddənin ikinci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də daxil edilir.
Geri qayıt |