Əsas Səhifə > Siyasət, Slayd > 28.05.2014.- İlham Əliyevdən təbrik məktubu

28.05.2014.- İlham Əliyevdən təbrik məktubu


28-05-2014, 17:18
28.05.2014.- İlham Əliyevdən təbrik məktubuAzərbaycan Respublikasının prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Pyotr Poroşenkoya məktub göndərib.

ANS-in məlumatına görə, İlham Əliyev Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Pyotr Poroşenkonu təbrik edib:

"Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram"
.

Geri qayıt