Əsas Səhifə > Siyasət > "Məsələyə prezident müdaxilə etməli və

"Məsələyə prezident müdaxilə etməli və


2-12-2016, 10:45

"Orta yaşlı nəsil Lalə Şövkətin 1999-cu ildə ölkədəki çörək bahalaşmasına necə etiraz etməsini yaxşı xatırlayar"

Tarif  Şurasının işıq və qazın qiymətini qaldırması ölkədə narazılıqla qarşılanıb. 

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Moderator.az-a açıqlamasında Tarif Şurasının qərarına partiyalarının da etiraz etdiyini bildirib:
 “Tarif Şurasının bu qərarını düzgün hesab etmirik. Əhalinin gəlirlərinin get-gedə azaldığı, milli valyutanın dəyər itirdiyi bir məqamda bu qərarı doğru hesab etmirik. Partiyamız buna etiraz edir. Orta yaşlı nəsil Lalə Şövkətin 1999-cu ildə ölkədəki çörək bahalaşmasına necə etiraz etməsini yaxşı xatırlayar. Mən hesab edirəm ki, məsələyə prezident müdaxilə etməli və bu qərar ləğv olunmalıdır.”

Geri qayıt