Əsas Səhifə > Siyasət > Kerri siyasətdən gedəcəyi

Kerri siyasətdən gedəcəyi


6-01-2017, 10:53

kerri-meyus

ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasına son qoyacağını bəyan edib.  

Bunu o Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.  

Qeyd edək ki, 73 yaşı olan C.Kerri 2013-cü ilin fevralında dövlət katibi vəzifəsinə təyin edilib və yanvarın 20-də Barak Obama  administrasiyası ilə birlikdə istefa verəcək.

Kerri 30 il Massaçusets ştatından senator olub. 2004-cü ildə prezident seçkilərində ikinci müddətə seçilən Corc Buşa məğlub olub.  (APA)

 


Geri qayıt