Əsas Səhifə > Siyasət > Primakov, İvanov, Lavrov - Rus nazirləri
Primakov, İvanov, Lavrov - Rus nazirləri7-02-2017, 10:39 |
1990-cı ildən etibarən Rusiyanın xarici işlər naziri olmuş hər üç diplomatın – Yevgeni Primakov, İqor İvanov və Sergey Lavrovun - uşaqlığı Qafqazla bağlıdır. AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, 1996-98-ci illərdə Rusiya XİN-ə rəhbərlik etmiş Primakov Kiyevdə doğulub, lakin uşaqlığı və gənclik illəri Tiflisdə keçib. XX əsrin sonlarında o öz memuarlarında yazırdı: “Mən Tiflisdə böyümüşən, bu şəhəri və ölkəni çox sevirəm. Mənə çox ağırdır ki, təyyarəyə əyləşib hər gün ora uçmağa və qayıtmağa imkanım yoxdur. Nə vaxt xarici işlər naziri postundan gedəcəm, o zaman özümə bu imkanı yaradacam”. Primakov Bakıda anası ilə İqorun anası 1982-ci ildə Moskvada öldü və orada dəfn etdilər. Onun atasının isə vaxtilə Azərbaycanda yaşadığı və orada da öldüyü deyilir. Əldə olan sənədlərdə İqor İvanovun atası haqda müfəssəl məlumat yoxdur. “Sergey İvanov –hərbiçi, polkovnik”, - yalnız bu sözlər var. Lakin dəqiqləşməmiş məlumatlara görə, İqorun atası uzun müddət Azərbaycanın Saatlı rayonunda yaşayıb və işləyib. 1975-ci ildə vəfat edib, elə orada da dəfn olunub. Sergey İvanov II Dünya müharibəsi zamanı dəmir yollarının bərpası işində işləyib. 1943-cü ildə bu sahə hərbiləşib. Ata İvanov dəmir yolu qoşununa keçib və zabit rütbəsi alıb. Daha sonra Azərbaycana gələn İvanov dəmiryolçulara tikilmiş evdə məskunlaşıb. Saatlıda onun başqa ailəsi olub. Sergey İvanovun Saatlıdakı evi Sergey İvanov Saatlıda komsomolçularla. 1967-ci il. 2004-cü ildən Rusiya xarici siyasətinə rəhbərlik edən Sergey Lavrov Qafqaz mənşəli olduğunu gizlətmir. 2005-ci ildə Rus-erməni slvayan universitetində görüşü zamanı tələbələrdən biri ondan soruşur: “Erməni köklü olması nazirə işində kömək edirmi?”. “Mənim köküm gürcüdür. Atam Tiflisdəndir, lakin qanım erməni qanıdır”, - deyə Lavrov cavabında qeyd edir. Geri qayıt |