Əsas Səhifə > Siyasət > Heydər Əliyevlə Dəmirəlin BÖYÜK PLANI İŞƏ DÜŞÜR: Ermənistan Azərbaycanın
Heydər Əliyevlə Dəmirəlin BÖYÜK PLANI İŞƏ DÜŞÜR: Ermənistan Azərbaycanın20-02-2017, 13:16 |
Serj Sarisyan iqtidarına qarşı tənqidi çıxışları ilə tanınan politoloq İqor Muradyan Qarabağın azad olunması ilə nəticələnək Azərbaycan və Türkiyə əməkdaşlığından və bunun Ermənistan üçün təhlükələrindən danışıb. Publika.az xəbər verir ki, Muradyan 1998-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəlin prinsipial görüşünü xatırladıb. Bildirib ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan arasında gələcək strategiya cızıldı: “Razılaşmada iki ölkə arasından energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahə əhatə olunmuşdu. Həm də Qarabağ məsələsini həll etmək üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı blokadası davam etdirilir”. Geri qayıt |