Əsas Səhifə > Siyasət > Elxan Şahinoğlu: “Türkiyə və İranla əlaqələrdə ümumiyyətlə viza prosedurundan
Elxan Şahinoğlu: “Türkiyə və İranla əlaqələrdə ümumiyyətlə viza prosedurundan16-03-2017, 09:39 |
Türkiyə-Ukrayna arasında tarixi viza razılığı Azərbaycanı da hərəkətə gətirə bilər Türkiyə ilə Ukrayna arasında hər iki ölkə üçün mühüm olan razılaşma əldə olunub. Belə ki, hər iki dövlətin vətəndaşları şəxsiyyət vəsiqələri ilə ölkələrarası səfərlər həyata keçirə biləcəklər. Razılıq Ukraynanın baş naziri Vladimir Qroysmanın Ankaraya səfəri zamanı baş tutub. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım ukraynalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib: “Türkiyə ilə Ukrayna arasında imzalanan razılaşmaya görə, artıq şəxsiyyət vəsiqəsi ilə ölkələrarası səfər həyata keçirmək mümkün olacaq. Ukrayna ilə turizm sahəsindəki əlaqələrimiz getdikcə inkişaf edir. Ötən il Ukraynadan 1 milyondan çox turist qəbul etmişik. Yeni razılaşma ilə ölkələr arasında daha çox gediş-gəlişin olacağına ümid edirik. Həmçinin hava yolları ilə bağlı müəyyən yeniliklərə ehtiyac var”. Ekspertlər indiki şəraitdə Türkiyənin son aylarda yaxından əlaqələr qurduğu, müxtəlif istiqamətlərdə dövlətlərarası əməkdaşlığa böyük önəm verdiyi Rusiyanın bu qərardan qıcıqlanacağını bildirirlər. Ərazilərinə təcavüz etdiyi bir ölkə ilə Türkiyənin bu qədər mühüm razılaşma əldə etməsinin Kremlin pərdəarxası etirazına səbəb olacağı müzakirə edilir.
Politoloq onu da bildirdi ki, Kiyevlə Ankara arasında təmasların artması Ukrayna iqtisadiyyatı üçün xeyirlidir: “Türkiyənin investisiya imkanları genişdir və yeni bazarlar axtarır. Ukrayna çox münbit bazardır və Avropaya çıxış imkanları var. Türkiyə Ukraynanın bank sektorundakı rolunu artıra bilər. Bundan başqa, iki ölkə arasında sərnişin təyyarəsi istehsal edən birgə müəssisənin yaradılması müzakirə predmeditir. Ukraynada böyük təyyarə zavodları var ki, istehsal zəifləyib və Türkiyə bu istehsala dəstək verə bilər. Türkiyə şirkətləri Ukrayna müəssisələrinin özəlləşdirilməsində də fəal iştirak edə bilərlər”. Müsahibimiz bu məsələlərdə Azərbaycanın gecikdiyinə işarə vurdu: “Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında da sadəcə şəxsiyyət vəsiqələri əsasında səfərlərə başlanılmasının vaxtıdır. Bu məsələdə gecikirik. Türkiyə Gürcüstan, ardından Ukrayna ilə bu məsələni həll etdi. Rəsmi Bakı bu məsələni niyə gecikdirir, bu mənə hələ də aydın deyil. Əslində əvvəlki illərlə müqayisədə ASAN vasitəsilə viza proseduru xeyli yumşalıb. Ancaq Türkiyə və İranla əlaqələrdə ümumiyyətlə viza prosedurundan imtina etmək lazımdır. Bəli, vizanı Bakı Hava Limanında əldə etmək mümkündür, ancaq vizanın özü niyə olsun ki? Əgər qonşu və tərəfdaş dövlətlərdən turist axınının və gəlirlərin artmasını istəyiriksə, ümumiyyətlə, vizaya ehtiyac qalmır”.
Geri qayıt |