Əsas Səhifə > Siyasət > İlham Əliyev Yunanıstan prezidentini Müstəqillik

İlham Əliyev Yunanıstan prezidentini Müstəqillik


24-03-2017, 16:44

Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident!

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Geri qayıt