Əsas Səhifə > Siyasət > Abdullah Gülün oğlu referendumda

Abdullah Gülün oğlu referendumda


21-04-2017, 15:46

Abdullah Gülün oğlu referendumda Ərdoğana "Yox" deyib

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gülün İngiltərədə ikinci ali təhsil alan oğlu Mehmet Əmrə Gülün 16 aprel referendumu ilə bağlı səs verdiyi  seçki qutusundan çıxan səslər siyasi gündəmə bomba kimi düşüb.

Məlumata görə,13 apreldə Türkiyəyə qayıdan Mehmet Əmrə Gül hava limanında təşkil olunan səsvermə məntəqəsində səs verib.
Maraqlısı budur ki, Əmrə Gülün səs verdiyi məntəqədə cəmi 2 nəfər səs verib ki, bu səslər də referendumda irəli sürülən təkliflərə "Yox” deməklə bağlı olub.
Yəni uzun illər Ərdoğanın əsas silahdaşı olmuş sabiq prezidnetin oğlu Ərdoğanın təkliflərinə "Yox" cavabı verib.
Abdullah Gülün mətbuat xidməti də Mehmet Əmrə Gülün Türkiyəyə dönüşü zamanı hava limanında qurulan səsvermə məntəqəsində səs verdiyini təsdiq edib (veteninfo.az).


Geri qayıt