Əsas Səhifə > Siyasət > Əlimərdan bəy Topçubaşovla

Əlimərdan bəy Topçubaşovla


13-06-2017, 10:23

Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri olmuş Əlimərdan bəy Topçubaşovun ailə fotosu tapılıb. 

Modern.az xəbər verir ki, fotonu Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov yayıb. 

Səməd Vəkilovun verdiyi məlumata görə, fotonu ona polkovnik Lütfəli bəy Vəkilovun qızı Əfruz xanım Vəkilovanın nəvəsi Səadət xanım təqdim edib. Əfruz xanım Vəkilova Azərbaycan xalqının görkəmli müsiqi xadimi, dünya şöhrətli müğənni Rəşid Behbudovun anası Firuzə xanım Vəkilovanın bacısıdır.

Qeyd edək ki, Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilova da Firuzə xanım Vəkilova ilə eyni nəsildəndir.

 


Geri qayıt