Əsas Səhifə > Siyasət > 400 min insan qırılandan sonra Qərb
400 min insan qırılandan sonra Qərb28-08-2017, 10:17 |
“The Times” yazır ki, nəhayət Britaniya və onun Qərb müttəfiqləri Suriyada prezident Əsədin öz postunu tərk etməsi barədə uzunmüddətli tələblərindən əl çəkiblər. Üstəlik Avropa İttifaqı nazirlərinin iclasında belə bir ehtimal da məqbuil sayılıb ki, dünənədək diktator adlandırılan və bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Suriya prezidenti qarşıdan gələn seçkilərdə iştirak edə bilər. Beləliklə, Avropanın xarici işlər nazirləri Britaniyanın da 2011-ci ildən bəri saxladığı kursdan 180 dərəcə dönmək qərarına gəliblər. Bu həftə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya müxalifətinə açıq şəkildə deyilib ki, onların Əsədin hakimiyyətdə qalmasını qəbul etməkdən başqa çıxış yolları yoxdur. Müxalifətə bu da bildirilib ki, Əsədin hakimiyyətdən getməsi şərtilə danışqıların aparılmasında da heç bir məna qalmayıb. Diplomatlar bildirirlər kİ, həm cənab Johnson-un, həm də Qərbin, siyasəti dəyişməsinə səbəb Suriyanın özündə baş verən hadisələrdir. Başqa bir Qərb mənbəyi isə deyib: “Bizim siyasətimiz praqmatizm və realizmə əsaslanır. Törətdikləri nəzərə alınarsa, Əsəd orada qaldıqca Suriya üçün heç bir sabit və dinc gələcək ola bilməz. Lakin onun orada qalıb-qalmaması bundan sonra danışıqlar üçün ilkin şərt sayılmır”. “The Times” yazır ki, Əsədə qarşı sərt mövqe onun vəziyyətini möhkəmləndirib və üstəlik Rusiya və İranı da bu münaqişəyə cəlb edib./BBC/ Geri qayıt |