Əsas Səhifə > Siyasət > Kadırov ilk dəfə Kremllə
Kadırov ilk dəfə Kremllə6-09-2017, 10:15 |
Çeçen lider Rusiyanın bütün müsəlmanlarının lideri olmaq istəyini gizlətmir; Moskva ona qulaqburması verəcəkmi? Myanmada müsəlman rohincalarla buddistlər arasında toqquşma Rusiyada gözlənilmədən xarici siyasət məsələsindən daxili problemə çevrilib. Musavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Kadırovun Rusiyanın mərkəzi hakimiyyətə göndərdiyi xəbərdarlıq siqnalları Kremli çətin vəziyyətdə qoyub. İndi Moskva problemin həllini, çıxış yollarını axtarır. Çünki Rusiyanın təbii sərvətlərlə zəngin Myanmada öz planları və niyyətləri var. Kadırovun söylədikləri ilə bağlı olaraq isə Peskov bunu müsəlmanların Myanmadakı hadisələri emosional qarşılaması ilə izah edib. O, Myanma səfirliyi önündə cihad çağırışlarına isə hüquq-mühafizə orqanlarının səlahiyyəltəri çərçivəsində baxılacağını söyləyib. Görünür, Peskovun üstüörtülü xəbərdarlıqları işə yarayıb. Ramzan Kadırov özünün Teleqram kanalında Vladimir Putinə müsəlmanlara qarşı zülmü pislədiyi və Myanma hakimiyyətini situasiyanı ələ almaq tələbinə görə təşəkkür edib. Hər halda, Kadırovun bu “üsyanı” Rusiyanın politoloqlarının diqqətindən yayınmayıb. “Sivilizasiyaların dialoqu institut”unun rəhbəri Aleksey Malaşenkonun fikrincə, Ramzan Kadırovun nitqlərində emosionallığı siyasi tərkibdən ayırmaq olduqca çətindir. Ekspert Kadırovun “ağ eləməklə” Kremlin özünü pis vəziyyətdə qoyduğunu bildirir: “Mənə elə gəlir ki, hazırkı situasiyada əyləcə basmağın vaxtıdır. Əgər ona bunu başa salmasalar, bundan daha pis olacaq”. Politoloq Rostislav Turovski Kadırovun hissi hərəkət etdiyini, lakin burada çeçen separatizminin izlərini axtarmağın doğru olmadığını söyləyib: “Kadırov siyasətçi olaraq Rusiyadakı müsəlman cəmiyyətinin hüquqlarının müdafiəçisi kimi çıxış etmək istəyir. Lakin bu, daha çox özünü göstərməyə bənzəyir”. Rusiya Federasiyası prezidenti yanında Xalq təsərrüfatı və dövlət xidməti akademiyasının elmi əməkdaşı Denis Sokolovun fikrincə, Kadırov bununla nəinki çeçenlərin, həmçinin Rusiyadakı bütün müsəlmanların, hətta ona kin və düşmənçilik bəsləyən dindarların təqdirini qazana və onların liderinə çevrilə bilər. Moskvanın dilemması Hər halda, Rusiya bu məsələdə daha çox xarici siyasi mənfəətləri çərçivəsində hərəkət etməyə üstünlük verir. Rusiya ekspertlərinin rəyinə görə, Moskva xarici siyasi aspektləri nəzərə almağa məcburdur. Birincisi, Myanma məsələsində Rusiya öz siyasətini Avrasiya məkanındakı yaxın müttəfiqi Çinlə koordinasiya edir. İkincisi, Moskvanın özü Neypido (Myanmanın paytaxtı) ilə bir sıra sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlığa ümid edir. Myanma dünyanın ən kasıb və ən korrupsiyalaşmış dövləti sayılır. Buna rəğmən, ölkə neft, qaz, ağac, qiymətli daşlar kimi təbii sərvətlərlə zəngindir. Rusiyalı ekspert Moskvanın onsuz da Suriyadakı şiə azlığı dəstəkləməklə ölkədəki sünni çoxluğun təpkisini üzərinə çəkdiyini bildirib: “Lakin həmin vaxt ortada ABŞ-la aparılan geopoliitk çəkişmə vardı və vəziyyəti “antiamerikanizm” xilas etmişdi. Myanmada nə əsas gətiriləcək?”…. Geri qayıt |