Əsas Səhifə > Siyasət > “Kürdüstan referendumu”nu izləmək bizə problem yarada bilər”
“Kürdüstan referendumu”nu izləmək bizə problem yarada bilər”9-09-2017, 09:00 |
Elşən Mustafayev: “Azərbaycan kimi dövlətlərə bunu bağışlamaya bilərlər...” Şimali İraq Kürd Muxtariyyəti 25 sentyabrda müstəqillik referendumu keçirməyə hazırlaşır. Bu məsələyə beynəlxalq münasibət birmənalı deyil. Referendumu hansısa dünya miqyaslı beynəlxalq təşkilatların izləyib-izləməyəcəyi isə hələlik rəsmi açıqlanmayıb. ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi seçkiləri müşahidə edən, qiymətləndirən beynəlxalq təşkilatların sözügedən referendumu müşahidə edib-etməyəcəkləri hələlik bəlli deyil. Dünyanın diqqət mərkəzində olacaq, bölgədəki Türkiyə, İran kimi böyük dövlətlərin etirazı ilə qarşılaşan hadisəni müxtəlif ölkələrdən jurnalistlərin müşahidə edəcəyi isə gözlənilir. Azərbaycandan isə rəsmi şəkildə hansısa şəxsin və ya qurumun sözügedən referendumu müşahidə etmək üçün Şimali İraqa gedəcəyi gözlənilmir. Bu barədə heç bir rəsmi açıqlama verilməyib. Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman və bir neçə müstəqil jurnalist isə sentyabrın 25-i öncəsi Ərbilə getmək istəyirlər. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Tahir Süleyman bildirib ki, əgər Məsud Bərzani hökuməti tərəfindən dəvət olacaqsa, referendumu müşahidə edəcəklər: “Bir neçə jurnalist həmkarlarımla birlikdə planımız var ki, Ərbilə gedək. Əgər müşahidə aparmaq üçün rəsmi dəvət olunsaq getmək istəyirik”. Bəs belə bir addımın atılması Azərbaycanın bu referenduma qarşı olan ölkələrlə münasibətlərinə təsir edərmi? Eyni zamanda Qarabağ məsələsində mövqeyimizə necə hansısa şəkildə təsir edə bilərmi? Geri qayıt |