Əsas Səhifə > Siyasət > Müxalifət dirçəlmək
Müxalifət dirçəlmək15-09-2017, 09:59 |
İqbal Ağazadə: “Blok yaratmağın fayda verəcəyini düşünmürəm, amma...”; Pənah Hüseyn: “Təşəbbüs göstərilsə...” Payız fəsli yaxınlaşdıqca ölkə müxalifətinin fəaliyyətində canlanma müşahidə olunur. Yay passivliyini demokratik düşərgə geridə qoymaqdadır. Bunu siyasi partiyaların keçirdikləri tədbirlərlə, birliklərin fəaliyyətlərini yenidən bərpa etmələri ilə izah etmək olar. KXCP sədri M.Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında iclasda mərkəzin bərpası, fəaliyyətinin genişləndirilməsi, qarşıdakı zamanlardakı planlarının müzakirə edildiyini bildirdi. Digər müxalif qurumların nə üçün iclasda iştirak etməmələri ilə bağlı sualımızdan partiya sədri demək olar ki, yayındı: “Uzun müzakirələrdən sonra bu nəticəyə gəlinmişdi. Yəqin ki, bu və ya digər səbəblər var idi. Bu da zamanında açıqlanar”.
Vaxtilə ADP ilə birlikdə “Qarabağ” bloku yaradan Ümid Partiyasının sədri İqbal Ağazadə qurumu bərpa etmək fikrində olmadıqlarını bildirdi: “Heç bir blokda təmsil olunmuruq. Amma funksional əməkdaşlığı partiyalarla davam etdiririk. Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunanlar da dostlarımızdır. Gələcəkdə orada olub-olmamağımıza baxarıq, indiki mərhələdə bu barədə düşünmürük. ”Qarabağ" bloku bir dönəm fəaliyyət göstərib. Amma indi “Qarabağ” bloku bir tarixdir. Partiyalar arasında funksional əməkdaşlığın normal şəkildə təşkil olunması böyük fayda verərdi. Blok yaratmaq tezdir. İndiki mərhələdə münasibətlərin bu şəkildə olduğu vaxtda blok yaratmağın fayda verəcəyini düşünmürəm. Amma davamlı və sistemli funksional əməkdaşlıq böyük fayda verər".
Geri qayıt |