Əsas Səhifə > Siyasət > Türkiyədə Cümhuriyyət Bayramı
Türkiyədə Cümhuriyyət Bayramı29-10-2017, 13:51 |
Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir. R.T.Ərdoğan xatirə dəftərinə yazıb ki, bu gün çoxlu sayda qurbanlar verərək qurulan son dövlətimizin – Türkiyə Cümhuriyyətinin 94-cü ildönümünü qeyd edirik: “Türkiyə Cümhuriyyəti hər sətiri qəhrəmanlıqlarla, hər səhifəsi fədakarlıqlarla dolu olan çətin bir mübarizənin nəticəsidir. Cümhuriyyətimiz 94 il öncə olduğu kimi bu gün də ayaqları üzərindədir. Tarixin yaddaşına 15 iyul demokratiya dastanı olaraq yazılan şanlı müqavimət bu ruh və iradənin bütün Türkiyədə təcəssüm etmiş halıdır. Cümhuriyyətimizin 94-cü ildönümü qeyd edərkən başda Atatürk və dostları olmaqla, bütün qazilərimizin xatirəsini hörmətlə yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Cümhuriyyət bayramımız mübarək olsun!”. Geri qayıt |