Əsas Səhifə > Siyasət > “İcra HAKİMİYYƏTLƏRİ
“İcra HAKİMİYYƏTLƏRİ18-11-2017, 13:14 |
“Bu gün əksər bələdiyyələrin fəaliyyəti heç də qaneedici deyil. Amma onların içərisində fəaliyyəti yaxşı olan bələdiyyələr də var. Ümumilikdə bələdiyyələrin nüfuzsuz orqan olmasını demək düzgün çıxmaz”. “AzerTaym” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Deputat bildirib ki, harada müvafiq və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yaxşı münasibət var, orada onlar yaxşı işləyirlər. “Harada ki, bu münasibət yoxdur, orada bələdiyyələr passiv fəaliyyət göstərir. Bəzi icra hakimiyyəti orqanları var ki, bələdiyyələrə əlavə qurum kimi baxırlar. Bəzi bələdiyyələrin də təşəbbüsləri yoxdur. Bələdiyyələr öz ərazilərində olanlardan vergi yığmalıdır. Onlar bunu etməyə utanırlar. Deyirlər ki, mən niyə filankəslə pis olmalıyam ki? Bələdiyyələr niyə gedib həmin şəxslərdən haqqın tələb etməməlidir? Axı bu vergini verməyənlər bələdiyyələrin saxlanmağını istəməyənlərdir. Əgər belədiyyələr normal vergi yığa bilsə, yaxşı da iş görə bilər. Əksər bələdiyyə sədrləri deyir ki, 5 illik seçildim və bitəhər yola verim, gələcəkdə bir dəfə də seçilim. Amma bu belə olmamalıdır axı. 1999-cu ildən bələdiyyə seçkiləri keçirilir. Elə bələdiyyə sədri var ki, 18 ildir ki vəzifədədir”. Geri qayıt |