Əsas Səhifə > Siyasət > Azərbaycanla Rusiya arasında
Azərbaycanla Rusiya arasında12-12-2017, 19:39 |
Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər. Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq. Geri qayıt |