Əsas Səhifə > Siyasət > Sarkisyanın
Sarkisyanın24-01-2018, 10:47 |
Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər getdi. Sarkisyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın Fransa səfəri təsadüfi deyil. Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistanın birinci şəxslərinin Moskvadan asılı olmasına baxmayaraq, Parisdə “xaç suyuna salındıqları”nı yazıb: “Levon Ter-Petrosyan da, Robert Koçaryan da, Serj Sarkisyanın özü də bunu edib. Sarkisyan prezident səlahiyyətlərini təhvil verəndən sonra baş nazir olaraq ölkəni idarə etmək niyyətini gizlətmir. Fransa səfəri də onun “xaç suyuna salınmaq” istəyi, yəni Parisin dəstəyini almaq gedişinə hesablanıb”. Lakin erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib. Geri qayıt |