Əsas Səhifə > Siyasət > Azərbaycanda nöbədənkənar
Azərbaycanda nöbədənkənar12-02-2018, 13:25 |
Azərbaycan Respublikası növbədənkənar prezident seçkilərinə hazırlaşır. Mərkəzi Seçki Komissiyası (MSK) ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, növbədənkənar prezident seçkilərini 2018-ci il aprelin 11-nə təyin edib. Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsiz və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib. Deputat bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ortada xüsusi bir zərurət yoxdur:
Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas məqsədi 2025-ci ildə iki mühüm hakimiyyət orqanına seçkilərin üst-üstə düşməsi, həm bu il ölkə həyatında mühüm yer alan tədbirlər amili, bundan da üstün regional və beynəlxalq proseslərin məntiqi idi. Konstitutsiya növbədənkənar seçkilərin təyin olunmasına görə dövlət başçısına hüquq verir. Biz burada bütün mühakimələrimizi ilk növbədə qanun müstəvisi üzərində aparmalıyıq”. Zahid Oruc hesab edir ki, parlament öz səlahiyyətlərini 2020-ci ilə qədər davam etdirəcək. “Parlament seçkiləri yalnız 2025-ci ildə keçiriləcək”.
Geri qayıt |