Əsas Səhifə > Siyasət > Milli Qəhrəmanlara verilən Prezident

Milli Qəhrəmanlara verilən Prezident


20-02-2018, 21:09

Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

AzerTaym.az-ın məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

İndiyədək bu təqaüdün məbləği 1300 manat olub.


Geri qayıt