Əsas Səhifə > Siyasət > Prezidentliyə namizədliyin qeydə

Prezidentliyə namizədliyin qeydə


11-03-2018, 09:50

Azərbaycanda 11 aprel tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi müddəti sabah-martın 12-də başa çatır.

Modern.az xəbər verir ki, prezident seçkiləri ilə bağlı təsdiqlənmiş Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək təqdim edilməlidir. Bu müddət isə 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək dövrü əhatə edir.

Həmçinin, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti martın 12-də bitir.

Bundan əlavə martın 12-də səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti başa çatır. 
Qeyd edək ki, bu günədək MSK 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar aşağıdakı şəxslərdir:

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;
Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev;
Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev;
Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş 
Razi Nurullayev.


Geri qayıt