Əsas Səhifə > Siyasət > TRAMP RUSİYADAN NİYƏ QORXUR?
TRAMP RUSİYADAN NİYƏ QORXUR?22-03-2018, 12:54 |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan prezident Donald Trampın Rusiyadan niyə çəkindiyi barədə danışıb. Virtualaz.org xəbər verir ki, Con Brennan Rusiyanın əlində Tramp barədə “nəsə olduğunu” deyib. Onun fikrincə məhz kompromatın mövcudluğu Trampın Rusiya prezidenti Vladimir Putinə münasibətdə kifayət qədər isti münasibətini izah edir. Rusiyanın əlində Tramp barədə kompromatların ola biləcəyi barədə bundan əvvəl də məlumatlar yayılıb. Hazırda bunu və Trampın Rusiya ilə şübhəli əlaqələrinə dair digər məqamları xüsusi prokuror Robert Müllerin komandası araşdırır. Geri qayıt |