Əsas Səhifə > Siyasət > SƏUDİYYƏ ƏRƏBİSTANI:
SƏUDİYYƏ ƏRƏBİSTANI:17-04-2018, 22:31 |
Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil Cubeyr təklif gələrsə, geniş miqyaslı bir koalisiya çərçivəsində Suriyaya əsgər göndərməyə hazır olduqlarını deyib. A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ər-riyadda BMT Baş Katibi Antonio Guterresi qarşılayan və birgə mətbuat konfransı keçirən Səid Cubeyr “İslami Əsgəri Terrorla Mübarizə Koalisiyası”ndan Suriyaya əsgər göndərməyi danışırıq, – deyə bildirib. Qeyd edək ki, bu gün Wall Street Journal (WSJ) qəzeti də Suriyadan çəkilmək istəyən ABŞ prezidenti Donald Trampın, Suriyanın şimal-şərqindəki Amerikan əsgərlərinin əvəzinə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər əsgərlərinin olması üçün danışıqlar apardığını yazıb.
Geri qayıt |