Əsas Səhifə > Siyasət > RUSİYADA 9 NAZİR DƏYİŞDİ
RUSİYADA 9 NAZİR DƏYİŞDİ18-05-2018, 21:04 |
Rusiyanın yeni hökumətinin tərkibi təsdiqləndi. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Vladimir Putin baş nazirin ona təqdim etdiyi bütün siyahını təsdiq edib. Nazirlər Kabinetinin sədri Dimitri Medvedev bu dəfə təqdim etdiyi siyahıda baş nazirin müavinlərinin sayını 7-dən 10-a çatdırıb. Təhsil Nnazirliyi iki nazirliyə - Təhsil Nazirliyi və Elm və Ali Təhsil Nazirliyinə bölünüb. Medvedevin təqdim etdiyi yeni hökumətin tərkibində 21 nazir olacaq. Onlardan 9-u yeni nazir olacaq. Modern.az yeni təyin olunmuş nazirlərin siyahısını təqdim edir: Xarici işlər naziri - Sergey Lavrov; Daxili işlər naziri - Vladimir Kolokoltsev; Baş nazir Dmitri Medvedevin 10 yeni müavini olacaq. Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Onun kurasiyasına maliyyə-iqtisadiyyat sahəsi daxildir. Baş nazirin digər müavinləri Konstantin Çuyçenko (hökumət Aparatının rəhbəri), Olqa Qolodets (idman və mədəniyyətsahəsi), Tatyana Qolikova (sağlamlıq və pensiya islahatı sahəsi), Vitali Mutko (tikinti və regional siyasət sahəsi), Dmitri Kozak (Sənaye və Enerji sahəsi), Yuri Trutnev (Uzaq Şərq Federal Dairə başçısının elçisi sahəsi) Aleksey Qordeyev (kənd təsərrüfatının inkişafı sahəsi), Yuri Borisov (müdafiə-sənaye kompleksi sahəsi), Maksim Akimov (iqtisadiyyatın rəqəmləşdirilməsi və kommunikasiya məsələləri). Geri qayıt |